Bütün məlumat bir bazada
Müştəri, sənəd, tapşırıq, ödəniş və yazışma tarixçəsi ayrı proqramlarda dağılmır.
Müştərilər, operatorlar, hesabat öhdəlikləri, sənədlər, ödənişlər, anbar və WhatsApp yazışmaları bir idarəetmə mərkəzində birləşir. Rəhbər real vəziyyəti görür, komanda isə daha sürətli işləyir.
Platforma sadəcə məlumat saxlamaq üçün deyil. Hər modul komandanın işini sürətləndirmək, rəhbərə nəzarət vermək və müştəri xidmətində gecikmələri azaltmaq üçün birlikdə işləyir.
Müştəri, sənəd, tapşırıq, ödəniş və yazışma tarixçəsi ayrı proqramlarda dağılmır.
Gecikən işlər, hesabatlar, borclar və anbar qalıqları dashboardda aydın görünür.
Bildirişlər, AI cavablandırma və hazır sənəd axınları təkrarlanan işi azaldır.
Modullar eyni məlumat bazasında işlədiyi üçün məlumat itkisi, təkrar giriş və şöbələrarası qarışıqlıq azalır.
Müştəri kartları, qrup bölgüsü, operator təyinatı, status və bütün fəaliyyət tarixçəsi.
Hesabat dövrləri, son tarixlər, təqdim edilmiş fayllar, yaranmış borc və status nəzarəti.
İş bölgüsü, prioritet, icra statusu, gecikmə və operator performansının izlənməsi.
Müqavilə, akt, protokol, daxil olan sənədlər və sahibkar faylları vahid arxivdə.
Öhdəliklər, ödəniş tarixçəsi, qalıq məbləğ, redaktə və rəhbər üçün maliyyə görünüşü.
Alış, satış, ƏDV rejimi, qalıq, qaytarma, alıcı rekvizitləri və sənəd generasiyası.
Real yazışmalar, AI cavablandırma, operatora keçid, qrup scope və admin monitorinqi.
Tapşırıq, hesabat, ödəniş, anbar və komanda göstəricilərinin ümumi xülasəsi.
Admin bütün sistemi, operator yalnız öz qrupunu, sahibkar isə öz portal məlumatlarını görür.
Hazır şablonu məcbur etmirik. Prosesləri analiz edib modulları, rolları və hesabatları komandanızın gündəlik işinə uyğunlaşdırırıq.
Mövcud iş axını, şöbələr, məsul şəxslər və əsas problemlər müəyyənləşdirilir.
Modullar, istifadəçi hüquqları, statuslar və hesabat strukturu hazırlanır.
CRM, anbar, WhatsApp, sənədlər və digər proseslər vahid sistemdə birləşdirilir.
İstifadə nəticələrinə əsasən yeni funksiyalar və avtomatlaşdırmalar əlavə olunur.
Demo sistemində dashboard, sahibkarlar, tapşırıqlar, hesabatlar, anbar, ödənişlər, sənədlər və digər əsas modullarla tanış ola bilərsiniz.
Hazır modulları göstərə və prosesinizə uyğun sistem xəritəsi hazırlayaq.